24 C
Baku
Monday, October 13, 2025

İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Сoel Mokir, Filipp Agion və Piter Houitt 2025-ci il iqtisadiyyat üzrə Nobel mükafatına layiq görülüblər. Onlar bu mükafatı “innovativ iqtisadi artımı izah etdiklərinə görə” alıblar.

Ötən il İqtisadiyyat üzrə Nobel mükafatını Harvard Universitetinin professoru Klaudia Qoldin qazanmışdı. O, öz tədqiqatlarında əsrlər boyu kişilərlə qadınlar arasında əməkhaqqı fərqlərinin və məşğulluq səviyyəsinin necə dəyişdiyini, həmçinin kişilərin hələ də orta hesabla daha çox qazanmasının səbəblərini göstərmişdi.

Qeyd edək ki, builki Nobel həftəsi oktyabrın 6-da başlayıb. Fiziologiya və tibb, fizika, kimya və ədəbiyyat üzrə laureatların adları artıq açıqlanıb.

Son xəbərlər
Digər xəbərlər