8 C
Baku
Monday, January 13, 2025

İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə yeni səlahiyyət verilib

Nazirlər Kabineti “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin Nizamnaməsi”nin təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, bu Qərarda dəyişiklik “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə biləcək.

“Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC artıq qanunvericiliklə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinin razılığı ilə nümayəndəlik və filiallar, tabeliyində olan hüquqi şəxs statuslu qurumlar yarada, yenidən təşkil və ya ləğv edə biləcək.

İdarə heyətinin tərkibi 3 nəfərdən – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən Cəmiyyətin sədri və sədrin iki müavinindən ibarətdir.

Son xəbərlər
Digər xəbərlər