Bastianın ibrətamiz hekəyaləri XIX əsrin liberal iqtisadiyyatının nümunələridir. Onlar müasir iqtisad dərsliklərinə də daxil olunublar.
1. Dəmir yolu haqqında hekayə
İlkin olaraq bu hekayə “İqtisad haqqında təsəvvürlər” (1845) kitabında əks olunmuşdu.
İki ölkə arasında dəmir yolunun salınması xaricdən məhsulların idxalını asanlaşdırır.
Nəticədə yerli məhsulların dəyəri azalır. İstifadəçilərə bu sırf edir. İstehsalçılar isə daxili ticarətin məhdudlaşmasını tələb edir. Məsələn, istehsalçılar dövlətdən vergilərin tətbiq edilməsini istəyir. Beləliklə, məhsulların qiyməti “dəmir yollarının” qiymətinə bərabər olur.
İstifadəçilərin nəzər nöqtəsindən dəmir yollarının salınması onların həyatlarını asanlaşdırmır.
Dövlətin nəzər nöqtəsindən dəmir yolunun tikilməsi onların mənfəətini artırıb.
Yerli istehsalçının nəzər nöqtəsindən xarici mallara vergilərin tətbiq edilməsi kifayət deyil.
2. Sınmış pəncərin paradoksu
İlk dəfə “Nə görünür və nə görünmür” əsərində əks olunmuşdu.
Bir oğlan çörək mağazasında pəncərəni sındırır. Çörək mağazasının sahibi şüşə düzəldən çağırmalı olur. Nəticədə şüşə düzəldən gəlir əldə edir.
Əgər çörək mağazası sahibinin pəncərəsi sınmasaydı, o, bu pulla özünə çəkmə ala bilərdi.
Bundan çəkməci gəlir əldə edəcəkdi.
Lakin çörək mağazasanın sahibi çəkmə ala bilmir. Çəkməci də gəlir əldə etmir.
Çəkməcinin gəlir əldə etməməsi görünməyən bir şeydir.
Əgər bütün bu hadisəni nəzərdən keçirtsək, belə bir nəticəyə gələcəyik ki, əgər çörək mağazası sahibinin pəncərəsi sınmasaydı, onun həm pəncərəsi, həm də çəkmələri olacaqdı. Lakin indi çörək mağazası sahibinin yalnız pəncərəsi var.
Həqiqi həyatda pəncərəni qıran oğlanın rolunu hökumət, şüşə düzəldənin rolunu isə dövlət siyasətinə təsir edən bir qrup sahibkarlar oynayırlar.