Azərbaycanda 2019-cu ilin ilk 9 ayı ərzində maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlərin həcmi cəmi 10 milyard 146,2 mln. manat təşkil edib.
Banker.az bu barədə A.R. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu göstərici isə 2018-ci ilin analoji dövrü (yanvar-sentyabr) ilə müqayisədə 2% azalma olması deməkdir.
Burada müəssisə və təşkilatların vəsaitləri 5 milyard 831,2 milyon manat, bank kreditləri 739,2 mln. manat, büdcə vəsaitləri 2 milyard 729,8 milyon manat, büdcədənkənar fondların vəsaitləri 152 milyon, əhalinin şəxsi vəsaiti 667,8 mln. manat təşkil edib.
Bank kreditlərinin hazırda əsas kapitala qoyuluşdakı payı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalıb və payı hazırda 7,3%-dir. Bank kreditlərinin kapitala qoyuluşda payı sonuncu dəfə bu qədər az 2015-ci ildə olmuşdu ki, o zaman isə 5,6% idi.
Göründüyü kimi, əhalinin şəxsi vəsaitləri hesabına ölkə iqtisadiyyatına qoyulan investisiyalarda az qala bank kreditləri ilə fərq kəskin şəkildə azalıb. Məsələm, 2018-ci ildə əhalinin şəxsi vəsaitləri hesabına kapitala yatırımlar 381,9 milyon manat olduğu halda, bank kreditlərinin həcmi 1 milyard 713,5 milyon manat təşkil edirdi.
Maliyyə mənbələri üzrə
əsas kapitala yönəldilmiş vəsaitlər 2019-cu ilin yanvar-sentyabr aylarında, milyon manat |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən (müqayisəli qiymətlərlə), faizlə |
Ümumi yekunda xüsusi çəkisi, faizlə |
|||
Cəmi |
10146,2 |
98,1 |
100,0 |
||
o cümlədən: Müəssisə və təşkilatların vəsaitləri |
5831,2 |
110,3 |
57,5 |
||
Bank kreditləri |
739,2 |
52,5 |
7,3 |
||
Büdcə vəsaitləri |
2729,8 |
102,6 |
26,9 |
||
Büdcədənkənar fondların vəsaitləri |
152,0 |
80,1 |
1,5 |
||
Əhalinin şəxsi vəsaiti |
667,8 |
91,9 |
6,6 |
||
Sair vəsaitlər |
26,2 |
36,9 |
0,2 |
||