10 C
Baku
Wednesday, December 11, 2024

İqtisadiyyatda “J”  əyrisi

Əsasən ölkələrin valyutalarında baş verən hərəkətlənmələr və xarici ticarətin əlaqəsini əks etdirən bu nəzəriyyə son vaxtlarda geniş aktuallıq kəsb etməkdədir. Məlum olduğu kimi xarici borcun artması, ticarət balansında mənfi saldonun meydana gəlməsi , iqtisadiyyatın xarici kapitaldan asılılığı hökümətlərin gec və ya tez devalvasiyaya getməsinə səbəb olur. Devalvasiya baş verdikdən sonra isə bir müddət iqtisadiyyatda durğunluq yaranır və mənfi hallar meydana gəlməyə başlayır. Nəzəriyyəyə görə valyutalarda meydana gələn artışlar və düşüşlər xarici ticarət kəsirini artırmaqda sonra isə azaltmaqdadır. Sadə dildə desək, milli valyuta dəyərdən salındıqdan dərhal sonra xarici ticarət tarazlığı pozulur, bir müddət keçdikdən sonra isə devalvasiyanın müsbət təsirləri özünü biruzə verməyə başlayır.  Beləliklə də gedən proseslərdə devalvasiya və ticarətin bir-biri ilə əlaqəsi əvvəldən axıra «J» hərfinə bənzədiyi üçün bu cür adlandırılmışdır və 1967 –ci ildə İngiltərədə funtun dəyərdən salınmasından sonra aparılan təhlillər zamanı ortaya çıxmışdır.

7809Valyutanın ucuzlaşması ilə birlikdə idxal olunan məhsullar bahalaşır, ixrac malları isə ucuzlaşır, ixracdan gələn gəlirlər isə aşağı düşür. Bu halda malların qiyməti azaldığı üçün onlara olan xarici tələb artır. İstehlakçılar isə bahalı idxal mallarına üstünlük vermədikləri üçün yerli bazarı seçirlər. Zaman keçdikcə iqtisadiyyat toparlanır, ixrac idxalı üstələyir və xarici ticarət kəsiri ortadan qalxır. Bu da həmin əyrinin formalaşmasının əsas izahıdır.

MÜƏLLİF
Eltun İbrahimov

 

Son xəbərlər
Digər xəbərlər