25 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank: İqtisadiyyatın kreditləşdirilməsi imkanları genişlənib

Monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olmuşdur.

Banker.az xəbər veri ki, bu barədə Mərkəzi Bank açıqlama verib.

İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artmışdır.

Baş bank bildirir ki, bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir.

Lakin, ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.

Son xəbərlər
Digər xəbərlər