11 C
Baku
Friday, December 27, 2024

İrəvan Ankaraya diplomatik pasportu olanlar üçün quru sərhədinin açılmasını təklif edib

İrəvan və Ankara Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndələr Sərdar Kılıç və Ruben Rubinyan arasında növbəti görüşün Vyanada keçirilməsi barədə razılığa gəliblər.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, görüş tarixi dəqiqləşdirilir. Həmçinin vurğulanıb ki, İrəvan Ankaraya münasibətlərin normallaşması çərçivəsində diplomatik pasportu olan şəxslər üçün quru sərhədlərin açılmasını təklif edib.

Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında görüşün Vyanada keçiriləcəyini açıqlamışdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər