8 C
Baku
Sunday, November 17, 2024

İrəvan Bakı ilə Vaşinqtonda üçtərəfli formatda görüşə razılıq verib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, İrəvan Bakı ilə Vaşinqtonda üçtərəfli formatda görüşün keçirilməsinə razılıq verib.

“Ermənistan Vaşinqtonda görüşün keçirilməsinə razılıq verib. Bütün tərəflər arasında son razılıq əldə edildikdə Ermənistan bu görüşə getməyə hazırdır”, – deyə Qriqoryan İctimai Televiziyanın efirində bildirib.

O qeyd edib ki, bu məsələ bazar ertəsi İrəvanda ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bono ilə görüşdə müzakirə edilib.

“Görüşün məqsədi Vaşinqtonda danışıqları üçtərəfli formatda davam etdirmək və Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş əldə etməkdir”, – deyə Qriqoryan deyib.

Son xəbərlər
Digər xəbərlər