İstanbulla İrəvan arasında aviareyslər yerinə yetirəcək “Pegasus Airlines” və “Flyone Armenia” aviaşirkətləri “hava vergi”sindən azad olunub.
Bu barədə məlumatı Ermənistan Mülki Aviasiya Baş İdarəsi yayıb.
“Hava vergisi” ilə bağlı güzəştin 3 il müddətində qüvvədə olacağı söylənilib.
Ermənistanda 10 ildən artıqdır ki, qüvvədə olan “hava vergi”si aviabiletin qiymətinə daxil edilir.
Türkiyə ilə Ermənistan arasında reyslərin fevralın 2-dən açılması gözlənilir.