25 C
Baku
Monday, April 29, 2024

İrəvan-İstanbul reyslərinin sərnişinləri “hava vergi”si ödəməyəcək

İstanbulla İrəvan arasında aviareyslər yerinə yetirəcək “Pegasus Airlines” və “Flyone Armenia” aviaşirkətləri “hava vergi”sindən azad olunub.

Bu barədə məlumatı Ermənistan Mülki Aviasiya Baş İdarəsi yayıb.

“Hava vergisi” ilə bağlı güzəştin 3 il müddətində qüvvədə olacağı söylənilib.

Ermənistanda 10 ildən artıqdır ki, qüvvədə olan “hava vergi”si aviabiletin qiymətinə daxil edilir.

Türkiyə ilə Ermənistan arasında reyslərin fevralın 2-dən açılması gözlənilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər