Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan Tavuş vilayətinə səfəri çərçivəsində İrəvan-Sevan-İcevan-Azərbaycan sərhədi dövlətlərarası avtomobil yolunun əsaslı təmiri ilə tanış olub.
Yolun əsaslı təmiri dövlət büdcəsi hesabına həyata keçirilir. İşlərə bu il başlanılıb. Təmirin 2022-ci ilin sonuna qədər başa çatdırılması gözlənilir.