2 C
Baku
Sunday, December 15, 2024

İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb – Paşinyan

İrəvan və Bakı sərhədlərin delimitasiyası ilə bağlı praktiki prosesə başlayıb və bu, çox vacibdir. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan britaniyalı jurnalistlərə müsahibəsində deyib.

“Biz Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası üzrə praktiki prosesə başlamışıq ki, bu da təhlükəsizlik risklərinin azaldılması da daxil olmaqla, inanılmaz dərəcədə vacibdir”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri bərpa etmək lazımdır. “Ermənistanla Azərbaycan arasında yeni sərhədlər çəkməyə ehtiyac yoxdur, lakin biz SSRİ-nin dağılması zamanı mövcud olan sərhədləri yerlərdə bərpa etməliyik”, – Paşinyan qeyd edib.

Son xəbərlər
Digər xəbərlər