8 C
Baku
Sunday, November 17, 2024

İrəvan və Brüssel Azərbaycanla sərhəddə Aİ müşahidə missiyası ilə bağlı sənəd imzalayıblar

İrəvan və Brüssel Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının (Aİ) müşahidə missiyası ilə bağlı saziş imzalayıb.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, sənəd Ermənistan-Azərbaycan sərhədində Aİ-nin müşahidə missiyasının statusu ilə bağlıdır.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Aİ Xarici İşlər Nazirləri Şurası Ermənistana mülki missiyanın göndərilməsi barədə qərar verib. Missiya bu ilin fevralında fəaliyyətə başlayıb. 2 il müddətinə göndərilən missiyaya 100 nəfər daxildir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər