Rusiya Prezidenti Vladimir Putin noyabrın 23-də Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.
“Sputnik Armenia” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
O, ikitərəfli görüşün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı dövlət başçılarının sammiti çərçivəsində keçiriləcəyini deyib.