Özünənəzarət necə olur , bu nəyə lazımdır və daha çox özünənəzarətə malik olmaq üçün nə etməlisiniz.
Kelli Makqoniqal
Edəcəyəm, etməyəcəm, istəyirəm: iradə gücü nədir və o niyə vacibdir?
İradə tələb edən bir şey barədə düşünəndə, ağlınıza ilk gələn nə olar?
Əksəriyyətimiz üçün iradəmizin klassik sınağı – aludə olduqlarımıza qarşı çıxmaqdır. Bu, şirniyyata, mağazadakı endirimlərə, siqaretə, yaxud da ki, bir gecəlik romana aludəçilik ola bilər. İnsanlar “iradəm yoxdur “ deyəndə onlar: “ağzım, mədəm, ürəyim (yaxud bədən üzvülərinizdən birini gözünüz önünə gətirin) “bəli” demək istəyəndə “yox” “deyə bilmirəm”, – demək istəyirlər. Belə halı “etməyəcəm” kimi nəzərdə saxlayın.
Lakin “yox” demək iradi gücünüzün, yaxud onun tələb etdiyi işin yalnız bir hissəsidir. Sonda üç sözdən ibarət “bircə yox de” cümləsi bütün dünyada işlərin təxirə salmağı sevənlərin və vaxtlarını televizor qaşısında keçirənlərin (divan pişiklərinin) sevimli sözləridir. Vaxtaşırı “bəli” demək daha vacibdir, yoxsa, sabaha qədər (yaxud həmişəlik) təxirə saldığınız işlərin öhdəsindən necə gəlmək olar? Yolunuzda narahatlıq, yayındırmalar, yaxud uzun-uzadı televiziya realiti-şouları kimi maneələrin olmasına baxmayaraq, iradəniz vacib olanları bu günün görüləcək işlərinin siyahısına salmağa kömək edəcəkdir. Bu “edəcəyəm” gücüdür ki, hətta bir hissəniz nəyisə etmək istəməsə belə, sizə lazım olan işləri edəcəksiniz.
“Edəcəyəm” və “etməyəcəyəm” gücü özünənəzarətin iki tərəfidir. Lakin onlar təkidlə iradəni formalaşdırmır. “Yox” demək lazım olanda “yox”, “bəli” demək lazım olduqda “bəli” demək üçün sizə üçüncü güc də lazımdır. Bu, doğrudan da nəyi istədiyinizi xatırlamağı bacarmanızdır. Bilirəm, düşünürsünüz ki, sizin doğrudan da istədiyiniz piroq, üçüncü martini qədəhi, bir günlük ödənişli tətildir. Lakin nəsə sizi cəlb etdiyini görəndə, yaxud təxirə salım-salmayım deyəndə, sizin həqiqətən dar şalvarınızı geyinmək, vəzifənizdə artım, kredit kartlarınızdakı borclarınızdan azad olmaq, evliliyinizi qorumaq, yaxud da həbsxanaya düşməmək istədiyinizi xatırlamağınız gərəkdir. Əks halda qəfil yaranan arzularınızın ardınca getməkdən sizi nə saxlaya bilər ki? Özünənəzarəti saxlamaq üçün nəyin sizin üçün doğrudan da vacib olduğunu bilməlisiniz. Bu, “istəyirəm” gücüdür.
İradə “edəcəyəm”, “etməyəcəyəm” və “istəyirəm” güclərindən istifadə edərək sizə məqsədinizə çatmağa (yaxud bəladan uzaq durmağa) kömək edir. Görəcəyik ki, biz insanlar bu güclərimiz dəstəkləyən beyinə malik olan xoşbəxt varlıqlarıq. Bu bir həqiqətdir ki, bu üç gücün, “edəcəyəm”, “etməyəcəyəm” və “istəyirəm” -inkişafı insanlığın nə demək olduğunu müəyyən edə bilər.
Bu üç gücü niyə düzgün istifadə etmədiyimizi təhlil etmək kimi xoşagəlməz bir işə başlamazdan əvvəl, gəlin bu güclərə malik olduğumuz üçün necə şanslı olduğumuzu etiraf edək. Beynimizə nəzər salaraq orada hansı möcüzələrin baş verdiyini görəcək, beynimizi inkişaf etdirərək, iradəmizi necə gücləndirməyin yollarını aşkar edəcəyik. Biz, həmçinin əvvəlcə niyə iradi gücə malik olmağın belə çətin olduğunu və digər bənzərsiz insani keyfiyyətdən -özünütanımadan istifadə etməklə iradəmizin sınmasından necə uzaq olmağı görməyə çalışacayıq.