17 C
Baku
Monday, April 29, 2024

İradənin gücünü necə inkişaf etdirmək olar?

1. Nəzəriyyə

İradənin gücünün nə olduğunu hamı bilir. Bu insanın özünü idarə edə bildiyi və öz arzularına, tamahına güzəştə getmədiyi bir haldır. Amma bəzən iradə keyfiyyətini üzə çıxarmaq olduqca çətindir. Çünki bizim istəklərimiz bizdən daha güclü olur.

Bu gün insanlar arasında “biz həyatda cəmi bir dəfə yaşayırıq və hər şeyin dadına baxmaq lazımdır” fəlsəfəsi olduqca məşhurdur. Belə bir fəlsəfənin fonunda olduqca yerinə düşən bir sual ortaya çıxır: Bəs bizə iradə lazımdırmı? İlk baxışda sual çox axmaq səslənir, axı hər bir sağlam düşüncəli insan dərhal cavab verəcək ki, “əlbəttə iradə mütləqdir”. Amma bəzən onu özündə inkişaf etdirmək olduqca çətindir.

Amma özümüzdə idarə gücünü təkmilləşdirməyi öyrənməkdən öncə, gəlin baxaq ki, iradə ümumiyyətlə nədən ötrü lazımdır. Güclü iradə ilk öncə ona görə lazımdır ki, biz və siz özümüzü insan olaraq hiss edək.

İradə keyfiyyətləri nümayiş etdirmək ilə insanlıq arasında nə kimi əlaqə vardır, nəyə görə biz iradəli olaraq daha çox insana bənzəyəcəyik? Çünki iradənin gücü ilk növbədə təfəkkür qabiliyyətləri ilə bağlıdır. O nəyin ki, pis vərdişlərdən qurtulmaq, məsələn, siqareti tərgitmək, içki içməyi atmaq və s. üçün, həm də yaxşı tərəfə dəyişməkdən ötrü vacibdir. Əlbəttə, özündə iradə xüsusiyyətlərini inkişaf etdirmək, hətta biz pis vərdişləri atıb, yaxşı tərəfə dəyişmək istədikdə belə heç də asan tapşırıq hesab olunmur.

Məhz bu məqamda köməyə öz şüurunu, mühakimə qabiliyyətini çağırmaq lazımdır. Nəyə görə? Çünki iradə qabiliyyətini inkişaf etdirmək üçün bir tək şiddətli istək və təşəbbüskarlıq kifayət etmir. Lakin, düzgün hərəkət etmək istəyi zəif düşəndə, ağlımızın səsi bizə deyir ki, bunu etməsək bizim heyvandan heç bir fərqimiz olmayacaq, onda ağlımız bizi hər şeyə rəğmən düzgün hərəkət etmək qərarını verməyə məcbur etməlidir.

Heç kəs zəif, iradəsiz və hər hansı bir qərar qəbul etmək iqtidarında olmayan insanları sevmir, onlardan xoşlanmır. Onlar hətta müəyyən bir qərar qəbul etsələr də bu qərarı gerçəkləşdirməyə iradələri kifayət etmir. Hər dəfə enerjiniz tükənmək üzrə olanda özünüzə xatırladın ki, siz zəif insan deyilsiniz və onda düzgün hərəkət etməklə bağlı qərar qəbul edərək, axıra qədər ona riayət edə biləcəksiniz.

Əlbəttə ki, uğursuzluqlar da olacaq, amma ümidsizliyə qapılmayın, axı iradənin gücü bir dəfəyə əldə ediləcək nailiyyət deyil. Ən vacibi odur ki, siz başa düşəsiniz ki, heç də hər şey itirilməyib və siz öz pis vərdişlərinizə güc gələ bilərsiniz. Siz daha güclü insan ola bilərsiniz. Yadda saxlayın ki, iradənin gücü –hörmətli yoldur, o heç də asan deyil, amma bu yolla gedərək, siz özünüz özünüzə hörmət edəcəksiniz və ətrafdakılar da sizə hörmət etməyə başlayacaqlar.

2. İndi isə iradənin güclənməsi ilə bağlı məşğələlər

Çox da istəmədiyiniz bir işi görün

Əgər tənbəlliyin şıltaqlığına uysaq və heç nə etməsək, bu bizi sonda zəif xarakterli insana çevirəcək. Ona görə də hər gün sizdən iradə və əzmkarlıq tələb edən bir işlə məşğul olun. Elə iş seçin ki, həm də sizə faydalı olsun. Bu səhər idmanı və ya şəxsi uğur gündəliyinin yazılması da ola bilər.  Belə sadə fəaliyyətlər sizdən çox da vaxt almayacaq. Bu nəinki sizin iradənizin inkişafına, həm də emosional və fiziki sağlamlığa da şərait yaradacaq.

Xüsusi məşğələlər

Amma daha yaxşı olar ki, psixoloqların məhz sizin öz hədəfinizə çatmağınız üçün tərtib etdiyi xüsusi məşğələlərdən istifadə edəsiniz. Vaxtınızı əsirgəməyin və məşq edin: bu sadə iradə məşqlərindən biridir:

Müxtəlif dənli bitkilərin toxumlarını bir-birinə qarışdırın. Məsələn, boranı, günəbaxan və digər tumları bir qaba tökün. Daha sonra isə onları sortlarına görə ayırın. Hövsələ və diqqətliliyi inkişaf etdirin.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər