27 C
Baku
Friday, May 30, 2025

“İrAero” iyulda Moskvadan Qəbələyə birbaşa uçuşlara başlayacaq

Rusiyanın “İrAero” aviaşirkəti iyulun 2-dən Moskva – Qəbələ – Moskva marşrutu üzrə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.

Uçuşlar həftədə bir dəfə – çərşənbə günləri “SSJ-100” tipli təyyarələrlə həyata keçiriləcək.

Moskvanın Domodedovo hava limanından uçuş yerli vaxtla saat 11:00-a, Qəbələyə gəliş isə saat 15:20-yə planlaşdırılıb. Qəbələdən əks istiqamətdə uçuş həmin gün saat 16:20-də həyata keçiriləcək və Moskvaya gəliş saat 18:40-da olacaq.

Uçuşlar sentyabrın 10-na qədər həyata keçiriləcək.

Qeyd edək ki, iyunun 19-dan etibarən Macarıstanın “Wizz Air” aviaşirkəti də Əbu-Dabidən Qəbələyə uçuşlar həyata keçirməyə başlayacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər