Rusiyanın “İrAero” aviaşirkəti Başkortostan Respublikasının paytaxtı Ufadan Bakıya uçuşları bərpa edir.
Bu barədə Ufa aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Bakıya aviareyslər aprelin 4-dən başlayacaq. Ufadan uçuşlar hər cümə axşamı günü “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Uçuş yerli vaxtla saat 11:00-da olacaq. Təyyarə Ufadan Bakıya 2 saat 40 dəqiqəyə çatacaq.
Aeroportun mətbuat xidmətindən bildirilib ki, Bakıdan Ufaya əks istiqamətdə uçuşlar, həmçinin Azərbaycanın milli aviadaşıyıcısı “Azerbaijan Airlines” və Rusiyanın “Utair” aviaşirkəti tərəfindən həyata keçirilməkdə davam edir.