15 C
Baku
Saturday, April 20, 2024

İran Əfqanıstana nota verib

İran Əfqanıstana nota verib.

Əfqanıstanın Tehrandakı müvəqqəti işlər vəkili bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Etiraz notasında İranın Kabildəki səfirlik binasına və Heratdakı Baş konsulluğuna hücumlar kəskin pislənilib.

Qeyd edək ki son günlər bəzi KİV-də İranda Əfqanıstanın mühacirlərə pis davranıldığı iddia olunub. Bunun ardınca Əfqanıstanda insanlar etiraz aksiyası keçirib, İran səfirliyi və konsulluqlarına hücumlar olub.

İranın Əfqanıstandakı səfirliyi və baş konsulluqları təhlükəsizlik məsələlərinə görə fəaliyyətini 1 həftəlik dayandırıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər