21 C
Baku
Saturday, May 4, 2024

İran 3 Avropa ölkəsi ilə danışıqlara başlayıb

İran 3 Avropa ölkəsi ilə danışıqlara başlayıb.

Bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Çin mediasına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, İran həftələrdir ki, Almaniya, Fransa və Britaniya ilə danışıqlara başlayıb: “Bu danışıqlar Norveçdə başlayıb və bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində davam edib. Danışıqlar anlaşılmazlıqları aradan qaldırmaq və daha yaxşı qarşılıqlı fəaliyyət və əməkdaşlıq yoluna çıxmaq məqsədi daşıyır”.

XİN rəhbəri İranın sanksiyaların ləğvinə çalışdığını vurğulayıb: “Təbii ki, bizim Avropa İttifaqı və Avropanın böyük bir hissəsi ilə əlaqələrimiz təbii və inkişaf edən münasibətlərdir. Biz sanksiyalarla məşğul olmaq üçün eyni vaxtda iki yolla gedirik. Birinci yol sanksiyaları neytrallaşdırmağa çalışmaq, digər yol isə diplomatiya və danışıqlar alətlərindən istifadə edərək sanksiyaları ləğv etməyə çalışmaqdır. Biz hər iki istiqamətdə irəliləyirik”.

İran-Rusiya münasibətləri barədə də danışan Hüseyn Əmir Abdullahian ölkəsinin Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə etməsi üçün dron tədarük etməsini növbəti dəfə təkzib edib.

“Tehranla Moskvanın münasibətləri imtiyazlı və strateji münasibətlərdir. Son illərdə Rusiya ilə biznes, iqtisadi, turizm, tranzit və enerji əməkdaşlığı istiqamətində çox mühüm razılaşmalarımız var və bu əlaqələrdən hər iki tərəf faydalanır. Mən fürsətdən istifadə edərək açıq şəkildə demək istərdim ki, biz Ukraynadakı müharibənin heç bir tərəfində deyilik. Müharibənin əvvəlində biz hər iki tərəfi danışıqlar və diplomatiya yolu ilə sülhə, danışıqlara və razılaşmaya dəvət etdik. Biz PUA-larımızın Rusiyaya verilməsi və onların Ukraynaya qarşı müharibədə istifadə olunmasını qətiyyətlə rədd edirik. Lakin biz hesab edirik ki, NATO-nun genişlənməsi bu böhranın əsas köklərindən biridir”, – nazir deyib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər