12 C
Baku
Saturday, November 23, 2024

“İran “3+3″ formatında görüş keçirməyə hazırdır”

“İran Tehranda Rusiya, Azərbaycan, Türkiyə, Ermənistan və Gürcüstan xarici işlər nazirləri ilə “3+3” formatında görüş keçirməyə hazırdır”.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, İran belə bir görüşü təşkil edə bilər.

Qeyd edək ki, A.Qruşko Tehrana səfər edib və Hüseyn Əmir Abdullahianla görüşüb. Görüşdə ikitərəfli və regional əlaqələr müzakirə olunub.

Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan, Türkiyə, Ermənistan, İran, Gürcüstan və Rusiyadan ibarət “altılıq” formatında əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış ediblər.

Bu formatda ilk görüş 2021-ci ilin dekabrın 10-da Moskvada keçirilib. Lakin Gürcüstan həmin görüşdə iştirak etməyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər