4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

İran 51 yüksək rütbəli ABŞ rəsmisinə sanksiya tətbiq etdi

İran ABŞ-ın Baş Qərargah rəisi Mark Milley, Milli Təhlükəsizlik Agentliyinin direktoru Paul M. Nakasone və Mərkəzi Qüvvələrin (CENTCOM) komandiri Kennet Makkenzi də daxil olmaqla, 51 nəfər yüksək rütbəli Amerika rəsmisinə Qasım Süleymaninin öldrürülməsi ilə əlaqəli olduqların əsas göstərərək sanksiya tətbiq edib.

İran Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında İnqilab Keçikçiləri Ordusu Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin ABŞ-ın 3 yanvar 2020-ci il tarixli hücumunda öldürülməsi ilə əlaqədar terrorla mübarizə çərçivəsində hazırlanan və eks ABŞ Prezidenti Donald Tramp başda olmaqla, yüksək rütbəli ABŞ rəsmilərinin də keçən il daxil edildiyi sanksiya siyahısının yeniləndiyi bildirilir.

Açıqlamada Süleymani və onun ətrafına qarşı sui-qəsdin qərar vermə prosesində iştirak etdiyi, təşkil etdiyi və maliyyələşdirdiyi təsbit edilən Amerika vətəndaşlarının sanksiya siyahısına əlavə edildiyi bildirilib.

İran Xarici İşlər Nazirliyinin dərc etdiyi yenilənmiş sanksiya siyahısında ABŞ-ın Baş Qərargah rəisi Milley, Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Nakasone, CENTCOM komandiri Makkenzi, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) İran əməliyyatları rəisi Maykl Entoni D’andrea, ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli və keçmiş milli təhlükəsizlik müşaviri Robert Çarlz O’Brayen də daxil olmaqla, 51 yüksək rütbəli Amerikalı yer alır.

Maraqlıdır ki, siyahıda Amerikan MQ-9 Reaper tipli silahlı pilotsuz uçuş aparatlarını istehsal edən “General Atomics” şirkətinin direktorları Ceyms Nil Blu və Linden Stenli Blu da yer alıblar.

Qeyd edək ki, İran ABŞ-ın eks prezidenti Tramp, Xarici İşlər naziri Mayk Pompeo, keçmiş müdafiə naziri Mark Esper, müdafiə nazirinin katibi Kristofer Miller, maliyyə naziri Stiven Mnuçin, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Gina Haspel, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton, keçmiş İran xüsusi nümayəndəsi Brayan Huk, Venesuela və İran xüsusi nümayəndəsi Elliott Abramsı 19 yanvar 2021-ci ildə “Qasım Süleymani və ətrafına qarşı terror aktları törətmək, terrorizmə təşviq etmək və fundamental insan haqlarını pozmaq” ittihamı ilə sanskiya siyahısına daxil etdiyini açıqlamışdı.

 

 

Son xəbərlər
Oxşar xəbərlər