13 C
Baku
Saturday, November 23, 2024

İran ABŞ-dən 313 milyon dollar təzminat istəyir

Tehran məhkəməsi 2017-ci ildə İŞİD terrorçu qruplaşmasının hücumları nəticəsində dəyən ziyana görə ABŞ-nin İrana 313 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

M İran Ədliyyə Nazirliyinin “Mizan” agentliyi yayıb.

Məhkəmə ABŞ-ni terror qrupları yaratmaqda və idarə etmək günahlandırıb.

Tehran məhkəməsinin qərarına əsasən, ABŞ terror hücumları nəticəsində ölənlərin ailə üzvlərinə 9 milyon 950 min dollar verməlidir. Vaşinqton İran dövlətinə mənəvi zərərə görə 104 milyon dollar, maddi zərərə görə 199 milyon dollar təzminat ödəməlidir.

Məlumata görə, 2017-ci il iyunun 7-də İranda inqilabın lideri ayətullah Xomeyninin məqbərəsinə və parlamentə silahlı və bombalı hücumlar nəticəsində 12 nəfər ölüb, 43 nəfər yaralanıb. Bu hadisəyə görə İŞİD terror qrupu məsuliyyəti öz üzərinə götürüb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər