İran ABŞ ilə münaqişənin həlli ilə bağlı bir sıra təkliflər alıb

İran gərgin vəziyyətin yumşaldılmasına yönəlmiş bir sıra təkliflər alıb. Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai brifinqdə bildirib.

“Son günlər diplomatik səylər fəal şəkildə davam edib və biz bir neçə vasitəçidən təkliflər almışıq”, – deyə o bildirib.

İyulun 20-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İrana ardıcıl doqquzuncu zərbə dalğasının endirildiyini elan edib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, hücumlar İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücumlarda istifadə etdiyi hərbi potensialını zəiflətməyə yönəlib.

İran mediası isə Xuzistan əyalətindəki Məhşəhr və İmam Xomeyni limanlarında, həmçinin Təbriz və Sirik şəhəri ətrafında partlayışların baş verdiyini bildirib. Daha sonra CENTCOM zərbə dalğasının başa çatdığını açıqlayıb.

Buna cavab olaraq İran ordusu Küveytdəki ABŞ logistika mərkəzinə və aviabazasına zərbələr endirib.

Hücumlar “İldırım zərbəsi” əməliyyatı çərçivəsində pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilib. Hədəflər arasında Əl-Adiri düşərgəsindəki sursat anbarları, həmçinin Əli əl-Salim aviabazasındakı Patriot radiolokasiya stansiyası və hava müşahidə radarı olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər