İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi ABŞ tərəfindən sanksiya tətbiq olunduğu üçün bu ölkənin əməkdaşlıq təklifini qəbul edə bilməyəcəklərini açıqlayıb.
İRNA xəbər verir ki, bu təklifi “ağlasığmaz” kimi dəyərləndirən iranlı diplomat ABŞ-ın düşmən mövqedə qalmasını israr edincə danışıqların mənasız olduğunu deyib.
O, həmçinin ABŞ-ın tətbiq etdiyi “misli görünməmiş” sanksiyaların beynəlxalq hüquqa zidd olduğunu da vurğulayıb.