İran 61 amerikalıya qarşı sanksiya tətbiq edib.
Belə ki, Sanksiya siyahısında keçmiş dövlət katibi Mayk Pompeo, Donald Trampın keçmiş vəkili Rudolf Culiani və Ağ Evin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton da var.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden İsrailin “Kanal 12” telekanalına müsahibəsində bildirib ki, nüvə sazişi üzrə danışıqların nəticəsiz qalacağı təqdirdə son variant olaraq İrana qarşı güc tətbiq edilə bilər.