13 C
Baku
Sunday, November 24, 2024

İran ABŞ-ın nüvə müzakirələri ilə bağlı təkliflərinə cavab verib

İran ABŞ-a təkliflər paketi ilə bağlı cavab məktubu göndərib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O bildirib ki, ABŞ-ın Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı cavabını aldıqdan sonra diqqətlə araşdırılıb və İranın cavabları müxtəlif səviyyələrdə qiymətləndirildikdən sonra cümə günü gecə koordinatora çatdırılıb.

Onun sözlərinə görə, İranın göndərdiyi mətndə danışıqları yekunlaşdırmaq məqsədi ilə konstruktiv yanaşma var.

Qeyd edək ki Vyanadakı nüvə müzakirələri çərçivəsində ötən həftə ABŞ İrana yeni təkliflər paketi təqdim etmişdi.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər