İran ABŞ-nin sərmayəsi ilə uranın zənginləşdirilməsi üçün Yaxın Şərq ölkələrindən ibarət konsorsium yaratmağı təklif edib. Bu barədə “New York Times” yazıb.
Konsorsium Tehrana uranı 3.67%-ə qədər zənginləşdirməyə və onu mülki məqsədlər üçün ərəb ölkələrinə tədarük etməyə imkan verəcək. İranın təklifi beynəlxalq müşahidəçilərin, o cümlədən ABŞ ekspertlərinin nüvə obyektlərində işləməsini nəzərdə tutur. 2015-ci il müqaviləsindən fərqli olaraq, bu saziş 15 illə məhdudlaşmır və müddətsiz ola bilər.
Mayın 11-də Omanda İran-Amerika danışıqlarının dördüncü raundu keçirilib. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Tehran ABŞ ilə etimadı gücləndirmək üçün nüvə proqramının dinc xarakterli olmasının təminatları üzərində işi davam etdirməyə və uranın zənginləşdirilməsi səviyyəsini tənzimləməyə hazırdır.