İran ABŞ-nin yeni sülh təklifini nəzərdən keçirməyə başlayıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmail Baqai “Nour News”a açıqlamasında bildirib. Onun sözlərinə görə, tərəflər 14 bənddən ibarət ilkin saziş layihəsi əsasında fikir mübadiləsi aparırlar.
ABŞ sülh təşəbbüsünü İrana Pakistan vasitəsilə çatdırıb. ABŞ prezidenti Donald Tramp İran tərəfinin qərarı üçün bir neçə gün gözləməyə hazır olduğunu bildirib. O, Tehran sazişdən imtina edərsə, hərbi əməliyyatların yenidən başlaya biləcəyi ilə hədələyib.
ABŞ və İran arasında aprelin 8-dən etibarən atəşkəs rejimi qüvvədədir. Amerika və İran nümayəndə heyətləri arasında keçirilən ilk danışıqlar raundu sülh sazişi ilə nəticələnməyib. “Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, yeni danışıqlar mayın sonundan tez baş tutmaya bilər.







