ABŞ və İsrailin hücumları başlayandan bəri İranda 1,3 mindən çox dinc sakin həlak olub. Bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib. Onun sözlərinə görə, münaqişə müddətində ölkədə təxminən 9,7 min mülki obyekt məhv edilib.
İravani qeyd edib ki, ABŞ və İsrailin zərbələri həmçinin 9669 mülki obyekti dağıdıb. Onların arasında 7943 yaşayış evi, 1617 ticarət və xidmət mərkəzi, 32 tibb və əczaçılıq müəssisəsi, 65 məktəb və təhsil müəssisəsi, Qırmızı Xaçın 13 binası, eləcə də bir neçə enerji təchizatı obyekti var.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. BMT-nin 6 mart tarixli məlumatına görə, Amerika və İsrailin İrana endirdiyi zərbələr nəticəsində 1 mindən çox insan həlak olub və 100-dən artıq mülki obyekt zədələnib.






