Fevralın 7-da həyata keçirilməli olan Tehran-Bakı aviareysi ləğv olunub.
Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Iran Air” aviaşirkətinin yerli vaxtla saat 12:05-də “IR 778” saylı Tehrandan Bakıya olan uçuşu ləğv edilib. Aviareys “Airbus A310-200” təyyarəsi ilə həyata keçirilməli idi.
Tehran-Bakı aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.
©Azərtac