10 C
Baku
Monday, November 18, 2024

İran Almaniya XİN başçısına xəbərdarlıq edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan öz Twitter hesabında Almaniyanın xarici işlər nazirinə müraciət edib.

Banker.az xəbər verir ki, xarici işlər naziri Əmir Abdullahiyan bu sözləri paylaşıb:

“Hörmətli Almaniyanın xarici işlər naziri! Təxribatçı, müdaxiləçi və qeyri-diplomatik münasibət yetkinlik və nəzakət əlaməti deyil.

Köhnə əlaqələri baltalamaq uzunmüddətli nəticələrə səbəb olur. Almaniya ümumi problemlərin öhdəsindən gəlmək üçün qarşılıqlı əlaqə və ya qarşıdurma yolunu seçə bilər. Cavabımız mütənasib və qəti olacaq”.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Baerbok dünən axşam Twitter hesabında paylaşdığı mesajda nümayişçilərə qarşı müdaxilələrlə bağlı gələn həftə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşdıqlarını açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər