İranın xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ probleminin həllində effektiv olmadığını bildirib.
Banker.az bu barədə “TASS” agentliyinə istinadən xəbər verir.
“Minsk Qrupu 30 ildir ki, qurulub. Lakin buna baxmayaraq, bu problemin uzunmüddətli həll yolunu hələ də tapa bilmir. ATƏT-in Minsk Qrupu effektsiz olduğunu göstərib”.
“Minsk Qrupunun üzvü olan bəzi ölkələrin bu böhranla ümumiyyətlə heç bir əlaqəsi yoxdur”, – nümayəndə bildirib.