İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyaya qarşı yaxın zamanda sanksiyalar tətbiq edəcək.
Bu barədə İran XİN-in rəsmi nümayəndəsi Nasir Kənani Nazirliyin “Telegram” səhifəsində məlumat verib.
Kənani bildirib ki, Aİ və Britaniyanın hərəkətləri onların müasir İran reallığını düzgün dərk etməkdə çətinlik çəkmələrinin və ölkə hakimiyyəti ilə bağlı yanlış təsəvvürün əlamətidir.
Xatırladaq ki, Aİ İrana qarşı yeni xüsusi sanksiyalar paketini dərc edib və bura həmçinin 18 fiziki şəxs, 19 təşkilat da daxildir. Aİ hesab edir ki, onlar İranda etirazların yatırılmasında iştirak edib. Aİ ilə yanaşı, Böyük Britaniya da İran rəsmilərinə sanksiyalar elan edib.