İran hökuməti bazar ertəsi Avropa İttifaqı və Böyük Britaniyadan olan 9 təşkilat və 23 şəxsə qarşı cavab sanksiyaları tətbiq edib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kanani bildirib.
Bundan əvvəl Avropa İttifaqının baş diplomatı Josep Borrell müdafiə sektorunda Moskva ilə əməkdaşlıq etdiyinə görə Tehrana qarşı yeni sanksiyalar paketini açıqlamışdı.