3 C
Baku
Saturday, December 14, 2024

İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında saziş imzalanacaq

Azərbaycan və İran arasında gömrük sahəsində 3 əməkdaşlıq protokolu imzalanıb.

İran mətbuatı xəbər verir ki, bu barədə İranın gömrük naziri Alirza Müqəddəsi deyib.

Sənədləri Culfada Alirza Müqəddəsi və Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev imzalayıb.

A. Müqəddəsinin sözlərinə görə, iki ölkənin gömrük rəsmiləri arasında imzalanmış protokolların 13 maddəsi əməkdaşlığı, iqtisadi əməliyyatları, gömrük prosedurlarını və ikitərəfli qarşılıqlı əlaqələri daha da inkişaf etdirəcək, sürətləndirəcək və əlaqələndirəcək: ”Həmin, protokollarda İran, Azərbaycan və Rusiya arasında üçtərəfli tranzit haqqında razılıq əldə olunub”.

İranın gömrük naziri bildirib ki, Azərbaycan rəsmiləri həmin protokolların maddələri ilə razılaşıblar və hazırda üçtərəfli sazişin Tehranda imzalanmasına ehtiyac var.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər