10 C
Baku
Tuesday, December 9, 2025

İran, Azərbaycan və Rusiya ticarət maneələrini aradan qaldırmaq barədə razılığa gəlib

İran, Azərbaycan və Rusiya ticarət maneələrinin aradan qaldırılması və tranzit prosedurlarının sadələşdirilməsi üzrə birgə işə başlayıblar.

Bunu İran Gömrük Xidmətinin nümayəndəsi Ebrahim Naqdi üç ölkə arasında tranzit daşımaları üzrə işçi qrupunun ilk üçtərəfli iclası çərçivəsində bildirib.

Naqdi xatırladıb ki, bu görüş Rusiya və Azərbaycanla aparılan danışıqlar seriyasının davamıdır. Danışıqlar qarşılıqlı ticarət dövriyyəsinin artırılmasına, 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunun və 2025-ci ilin oktyabrında bağlanmış sazişin həyata keçirilməsinə yönəlib.

“Biz belə qənaətə gəldik ki, əməkdaşlığın inkişafına mane olan mövcud əngəllərin daha praktik şəkildə aradan qaldırılması zəruridir,” – deyə İran Gömrük Xidmətinin nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, iştirakçılar yük tranzitinə və ölkələr arasında ticarətə təsir edən problemləri ətraflı müzakirə ediblər, həmçinin yükdaşımaların səmərəliliyinin artırılması və prosedurların optimallaşdırılması yollarını nəzərdən keçiriblər.

“Hazırkı ticarət həcmi üç ölkənin real potensialından xeyli aşağıdır. Tərəflər texniki və əməliyyat əməkdaşlığını gücləndirməyə hazır olduqlarını təsdiqlədilər və müntəzəm üçtərəfli görüşlərin davam etdirilməsi barədə razılığa gəldilər,” – Naqdi qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər