7 C
Baku
Thursday, December 12, 2024

İran Azərbaycandan pambıq alışını 45% azaldıb

İran İslam Respublikası 2022-ci ildə Azərbaycandan daranmamış pambıq lifi alışını azaldıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın “ağ qızılının” cənub qonşusuna ixracı cəmi 4 527 ton təşkil edib ki, bu da onun $8.62 mln. dəyərdə olması deməkdir.

Öncəki ildə Azərbaycandan İrana 8 220 ton, yaxud $14.11 mln.  həcmində pambıq lifi ixrac edilmişdi.

İxrac edilmiş pambıq lifinin 68 877 tonu ($161.55 mln.) Türkiyəyə, qalan 1 005 tonu ($1.86 mln.) Banqladeşə ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər