13 C
Baku
Saturday, November 23, 2024

İran Azərbaycanın Tehrandakı səfirliyinin maksimun müdafiəsini təmin edəcəyini vəd edir

İran Xarici Işlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Naser Kanaani bəyan edib ki, bu il yanvarın 27-də silahlı hücumdan sonra fəaliyyəti dayandırılan Azərbaycanın Tehrandakı səfirliyinin təhlükəsizliyi tam təmin ediləcək.

“İran öz məsuliyyətini dərk edir və məsuliyyətlə hərəkət edəcək. Təbii ki, bu ölkənin səfirliyi (Azərbaycanın Tehrandakı – İF) maksimum səviyyədə qorunacaq”, – İranın Tasnim agentliyi bazar ertəsi Naser Kanaaninin sözlərindən sitat gətirir.

Xəbər verildiyi kimi, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.

Azərbaycan hökuməti prezident İlham Əliyevin terror aktı kimi qiymətləndirdiyi bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsi ilə bağlı qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.

Hazırda Azərbaycanın Tehrandakı səfirliyi fəaliyyət göstərmir.

Son xəbərlər
Digər xəbərlər