“İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə sadiqdir və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə qarşılıqlı əlaqəni davam etdirəcək”.
Bunu İranın Xarici İşlər naziri Abbas Əraqçı “X” sosial şəbəkə hesabında yazıb.
“Əməkdaşlığımız təhlükəsizliklə bağlı aşkar səbəblərə görə İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının vasitəsilə həyata keçiriləcək”, – deyə o vurğulayıb.
Xatırladaq ki, iyunun 25-də İran parlamenti Tehranın BAEA ilə əməkdaşlığını dayandıran qanun layihəsini təsdiqləyib.