13 C
Baku
Çərşənbə, Dekabr 8, 2021

İran Bakı-Naxçıvan avtobuslarının yolunu bağlayır? – Rəsmi cavab

Bakı-Naxçıvan-Bakı istiqamətində sərnişin avtobuslarının hərəkətində dəyişiklik yoxdur.

Bunu açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, avtobuslar pandemiyadan əvvəl hansı qaydada fəaliyyət göstərirdisə, indi də İran ərazisindən hərəkətini davam etdirir:

“Gün ərzində Bakıdan-Naxçıvan istiqamətində 2 avtobus yola çıxır. Biləsuvar sərhəd keçid məntəqəsində sərnişinlərdən PCR test götürülür. Bu test Azərbaycan vətəndaşları üçün ödənişsizdir”.

Qeyd edək ki, hərbi mənbələrin məlumatına görə, ötən gün İran hava məkanını Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələr üçün bağlayıb. Bu istiqamətdə sərnişin təyyarələrinin hərəkətində isə məhdudiyyət yoxdur.

Xatırladaq ki, bu gün Azərbaycan Hava Yolları (AZAL) aviaşirkəti Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb

Son xəbərlər
Oxşar xəbərlər
X