10 C
Baku
Thursday, December 12, 2024

İran bankının Bakı filialı ili mənfəətlə tamladı

İran Melli Bankının Bakı Filialı 2020-ci ili 783.84 min manat xalis mənfəətlə tamamlayıb.

Banker.az bu barədə bankın 2020-ci il üzrə illik maliyə hesabatına istinadən xəbər verir.

Bank filialı hesabat dövründə 2 milyon 758.4 min manat faizdən gəlir, 252.92 min manat faiz xərci çəkib.

Bankın ən böyük xərci – inzibati xərclər olmuşdur ki, onun da həcmi 1 milyon 980.77 min manat olmuşdur.

Nəticədə bank filialı il üzrə vergidən öncə mənfəəti 792.99 min manat olub.

Qeyd edək ki, öncəki (2019) il İran Melli Bankının Bakı Filialı 16 milyon 556.75 min manat zərər etmişdi.

Cari ildəki mənfəəti bankın balansında olan yığılmış 37.02 mln. manatlıq zərəri  36.23 mln. manata qədər azaldıb.

 

Son xəbərlər
Digər xəbərlər