2025-ci ilin yanvar-sentyabr aylarında “Bank Melli İran”ın Bakı filialının xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13% azalaraq 4 milyon 378 min manat təşkil edib. Halbuki 2024-cü ilin yanvar-sentyabr aylarında bank 5 milyon 24 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az bunu bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bununla da yığılmış zərərin həcmi azalaraq 20 milyon 292 min manata düşüb.
Ötən ilin 9 ayında “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 3 milyon 723 min manat ikən, bu ilin 9 ayında 4 milyon 297 min manata qalxıb.
Cari ilin oktyabr ayının 1-nə İran bankının aktivləri 121 milyon 328 min manat olub ki, bu da ötən ilin sonuna nisbətən 2% çoxdur. Bunun 2 milyon 228 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda Bakı filialının kredit portfeli 49% artıb.