İran və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında ixtilaflar azalıb.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
O bildirib ki, İran Atom Enerji Təşkilatının rəhbəri Məhəmməd İslami və Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi arasında müzakirələr aparılıb və ikitərəfli məsələlər ətrafında ixtilaflarln azaldığı qeyd olunub.
“Detalları demək istəmirəm, lakin hər iki tərəf tezliklə razılığa gələcək”, -deyə Xətibzadə söyləyib.