10 C
Baku
Wednesday, December 11, 2024

İran Beynəlxalq Məhkəməyə verildi

Kanada, İsveç, Ukrayna və Böyük Britaniya Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı iddia qaldırıb.

Məlumata görə, bu yolla İranın 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus PS752 reysinin qanunsuz vurulmasına görə məsuliyyət daşımasının təmin edilməsi planlaşdırılır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunub ki, İran 28 dekabr 2022-ci ildə qaldırılan bu mübahisənin həlli üçün arbitraj tələbinə cavab verməyib. Buna görə də, İrana qarşı Mülki Aviasiyanın Təhlükəsizliyinə dair Qanunsuz Hərəkətlərə Qarşı Mübarizə üzrə 1971-ci il Konvensiyasını pozduğuna görə iş başlanacaq.

İddia ərizəsində vurğulanır ki, İran digər pozuntularla yanaşı, PS752 reysinin hərbi qüvvələrinin üzvləri tərəfindən məhv edilməsinin qarşısını almaq üçün bütün mümkün tədbirləri görməyib. Ölkə beynəlxalq standartlara uyğun olaraq tam, şəffaf və qərəzsiz ibtidai istintaq və məhkəmə prosesini həyata keçirə bilməyib.

Xatırladaq ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə Tehran səmasında İran hərbçiləri tərəfindən vurulub. Hadisənin qurbanları Ukrayna vətəndaşları da daxil olmaqla, 167 sərnişin və 9 ekipaj üzvü olub.

Son xəbərlər
Digər xəbərlər