İran Beyrutdakı (Livanın paytaxtı) diplomatik missiyasına hücum ediləcəyi təqdirdə, bütün dünyada İsrail səfirliklərinə zərbələr endirəcək.
Bu barədə bu gün İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəz Şəkərçi bildirib.
“İsrail Livandakı İran səfirliyinə hücum etməklə hədələyib. Əgər İsrail bunu edərsə, bu ölkənin bütün səfirlikləri bizim üçün qanuni hədəfə çevriləcək”, – Ə.Şəkərçi deyib.
O, həmçinin qeyd edib ki, İran ABŞ və İsrail istisna olmaqla, digər dövlətlərlə münaqişə vəziyyətində deyil və xarici əlaqələrini əməkdaşlıq və qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurur.






