İran “Citibank”ın Dubay və Manamadakı filiallarına hücum edib

İran ABŞ və İsrailin Tehranda İslam Respublikasının banklarına hücumlarına cavab olaraq “Citibank”ın BƏƏ-nin Dubay şəhəri və Bəhreynin paytaxtı Manamadakı filiallarına hücum edib.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general Əli Məhəmməd Naini bildirib.

Onun sözlərinə görə, hücum İranın iki bankına qarşı hərəkətlərə cavab olub.

“Amerika banklarının filiallarına hücum düşmənin İranın iki bankına qarşı təcavüzünə cavab idi. Əgər düşmən bu hərəkəti təkrarlsa, Amerikanın bölgədəki bütün bank filialları bizim qanuni hədəflərimizə çevriləcək”, – o qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər