7 C
Baku
Thursday, December 5, 2024

İran COVAX platforması vasitəsilə peyvənd alacaq

Bu günlərdə İrana COVAX platforması vasitəsilə əlavə olaraq 700 min doza koronavirusa qarşı peyvənd gətiriləcək. Peyvənd Amsterdamdan Tehrana yola salınıb.

Bu sözləri İranın Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur deyib. O bildirib ki, fevralın 10-da İranda əhalinin peyvəndlənməsi prosesi başlayıb. Rusiyadan 2,5 milyon doza “Sputnik V” peyvəndinin alınması haqqında razılaşma əldə edilib. Lakin bu günə kimi İran yalnız 200 min doza “Sputnik V” vaksini ala bilib.

K. Cahanpur qeyd edib ki, “AstraZeneka” peyvəndi də alınacaq. Hələlik İrana cəmi 790 min doza peyvənd gətirilib ki, bu da əhalisi 80 milyondan çox olan İran üçün çox azdır.

İranın Koronavirusla Mübarizə üzrə Qərargahıdan isə bildirilib ki, ölkədə COVID-19 infeksiyasının 4-cü dalğası başlayıb.

Hazırda İranda koronavirusa yoluxanların gündəlik ölüm sayı 100-ü keçmir. Sutka ərzində 6-8 min nəfər virusa yoluxur. İranda 2 milyondan çox nəfər sağalıb.

Son xəbərlər
Digər xəbərlər