İranın dövlət bankı “Post Bank” kriptovalyuta yaratmaq üçün fəaliyyətə başlayıb.
“Bloomberg” agentliyinə istinadən, bu barədə İranın rabitə və texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cehrumi bildirib.
Onun sözlərinə görə, İran Mərkəzi Bankı rəqəmsal valyutalara nəzarət etmək məqsədilə digər qurumlarla əməkdaşlıq edir.
Xatırladaq ki, bir neçə gün bundan əvvəl Venesuela kriptovalyutasını emissiya edərək 735 mln. ABŞ dolları vəsait cəlb etməyə nail olub.