12 C
Baku
Wednesday, December 11, 2024

İran dollardan imtina etdi

İran hökuməti ABŞ dollarına yeni məhdudiyyətlər qoydu. Forbes İranın kütləvi informasiya vasitələrinə istinadən məlumat verir ki, 28 fevral tarixindən etibarən idxal əməliyyatları zamanı Amerika valyutasının istifadəsi qadağandır.

Malların çatdırılması və ya idxal bəyannamələri üzrə istənilən sifarişlər üçün ABŞ dolları istifadə edildikdə İranın gömrük orqanları tərəfindən baxılmayacaq.

İran Mərkəzi Bankının Valyuta Əməliyyatları və Siyasət departamentinin direktoru Mehdi Kasreypurun verdiyi məlumata görə, bu proseslərdə Amerika valyutasının istifadəsi artıq məhdudlaşdırıldığı nəzərə alınarsa, yeni qaydalar mövcud ticarət əməliyyatlarına ciddi təsir göstərməməlidir. Onun sözlərinə görə, ABŞ sanksiyaları əsasında, yerli banklar bundan əvvəl də dollarla əməliyyat apara bilmirdi.

O bildirmişdi ki, “İranda dolların istifadəsinin onsuz da qadağan edildiyini və ticarətçilərin əməliyyatlar zamanı alternativ valyutalardan istifadə etdiklərini nəzərə alsaq, artıq hesab-fakturalarda qiymətlərin dollarla yazılmasının mənası yoxdur”.

Forbes-a görə, İran hakimiyyətini dolların istifadəsinə məhdudiyyət qoymağa təhrik edən səbəblərdən biri bu il İranın milli valyutası rialın dollara nisbətdə 8% düşməsidir. Analitiklərin fikrincə, İranın xarici ticarət əməliyyatlarının əksəriyyəti avro ilə həyata keçiriləcək.

 

Son xəbərlər
Digər xəbərlər